Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şərqdə ilk Demokratik Cümhuriyyət”

26.05.2022

Mayın 26-da Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında “Şərqdə ilk demokratik Cümhuriyyət” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Tədbirdə çıxış edən MKS-in direktoru Rahim Səfərov, kitabxananın əməkdaşları Dərgah Mirzəyev və Vasif Abdulov müstəqilliyimizin yaranması, yenidən bərpası, həmçinin qorunub saxlanması barədə geniş məlumat veriblər.

  Yekunda tədbir iştirakçıları “28 may-Müstəqillik Günüdür” başlıqlı sərgiyə baxış keçirib.