Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənin ölməz oğulları

26.05.2022

Mayın 26-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının (QMƏVŞAİB) sədri Nahid Rəhimov, qazilər, şəhid ailələri, Masallı şəhər 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən layihənin əhəmiyyəti, həmçinin may ayında doğulan qazilər və şəhidlər barədə geniş məlumat verib. 

Müharibə veteranı Nahid Rəhimov, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin nümayəndəsi Fidan Abbaslı, Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfər Tariximizi öz qanları ilə yazan qəhrəman oğullarımızdan danışıblar. 

Şəhid anası Günay Seyfullayeva, şəhid qardaşı İslam Alışov çıxış edərək şəhid ailələrinə,  qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
 
Yekunda tədbirdə iştirak edən, may ayında doğulan şəhid ailələrinə muzeyin “Təşəkkürnamə” ləri təqdim olunub.