Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın musiqi beşiyi-Şuşa

26.05.2022

Mayın 26-da Masallı rayon Mərkəzi Kitabxanasında "Şuşa ili"nə həsr olunmuş "Azərbaycanın musiqi beşiyi-Şuşa" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktoru Əlhəddin Nəzərov Vətən müharibəsi zamanı Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ordu ilə xalq arasında yaranan vəhdətdən və Zəfər Tarixindən söhbət açıb. Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova Şuşanın tarixi, mədəniyyət və musiqi ənənələri haqqında məruzə edib. Mərkəzi Kitabxananın əməkdaşı Rəşad İsmayılov çıxış edərək Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqların gələcək nəsillərə örnək olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Qazilər- Cavid Nuri, Çingiz Bəşirov, Nuru Qurbanov döyüş xatirələrindən danışıblar.

Tədbir Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin müəllimi Mahmud Abbasov, şagirdlərdən Mehdi Hüseynli və Yusif Əzizlinin ifalarında mahnılar səsləndirilməsi ilə davam edib.

Yekunda Qazilər və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin müəllim və şagirdləri "Fəxri Fərman"larla təltif edilib, xatirə şəkilləri çəkilib.