Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ustad dərsləri

26.05.2022

Mayın 26-da Masallı şəhər Onbirillik İncəsənət Məktəbində və Cəlilabad rayon Uşaq İncəsənət Məktəbində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi tərəfindən ustad dərsləri keçirilib. Masallı şəhər Onbirillik İncəsənət Məktəbində keçirilən ustad dərslərində Yardımlı rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollketivi də iştirak edib. 

Ustad dərsləri fortepiano üzrə Mənsurə Quliyeva, tar üzrə Nurlan Cəfərli, qarmon üzrə Becan Hüseynov, xanəndəlik üzrə Türkay Məlikova tərəfindən keçirilib.
 
Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin qarşlılqlı əməkdaşlığı çərçivəsində təcrübə mübadilələri aparılmaqla keçirilən ustad dərsləri kollektivlər tərəfindən maraqla qarşılanıb.