Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhüriyyəti müasir dövlətçiliyimizin təməlidir

26.05.2022

Mayın 26-da Masallı rayon Heydər Əliyev Mərkəzi və “Gənclərin İnkişaf və Karyera Mərkəzinin” Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 may - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin təməlidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən qeyd edildiyini vurğulayıb. Sonra GİKM-nin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb. 

Yekunda Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova “Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin təməlidir” mövzusunda mühazirə edib.