Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mirzə Ələkbər Sabir-160” kitab sərgisi

24.05.2022

Mayın 24-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “Mirzə Ələkbər Sabir-160” başlıqlı kitab sərgisi təşkil edilib.  Sərgidə M.F.Axundov adına Yardımlı şəhər 1 saylı orta məktəbin şagirdləri iştirak edib. Tədbir iştirakçılarını sərgi ilə tanış edən Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Eldəniz Heydərov şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.