Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa ətrin duyulur” tamaşasının premyeras

25.05.2022

Mayın 25-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Asiya" İnformasiya Agentliyinin rəhbəri, jurnalits-yazar Cəfər Cəfərovun ssenarisi əsasında "Şuşa ili" nə həsr olunmuş "Şuşa ətrin duyulur" tamaşasının premyerası olub. 

Tamaşa Masallı Xalq Teatrı, Cəlilabad Xalq Teatrı aktyorlarının, Masallı Dövlət Regional Kollecinin, Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Karate İdman növünün müəllim və tələbə kollektivlərinin iştirakı ilə səhnəyə qoyulub.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şəhid ailələri, qazilər, idarə, müəssisə rəhbərləri, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi iştirak edib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Anşlaqla keçən tamaşanın hər bir epizodu alqışlarla qarşılanıb.

Tədbirdə çıxış edən iki şəhid anası Ziba Əsgərova tamaşanın hazırlanmasında əməyi olanlara, şəhid ailələrinə, həmçinin qazilərə göstərilən diqqət və qayğıya görə Dövlətimizə təşəkkürünü bildirib.

Yekunda tamaşanın hazırlanmasında fərqlənən bir qrup şəxslər Masallı rayon Gənclər və İdman İdarəsi, "Cəsur qardaşlar" İctimai Birliyi, "Asiya" İnformasiya Agentliyi tərəfindən " Fəxri Fərman"larla təltif edilib, xatirə şəkilləri şəkilləri çəkilib.