Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçilərinin seminar-müşavirəsi

24.05.2022

Mayın 24-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

Seminar-müşavirədə Mərkəzin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ay ərzində keçirilmiş tədbirlər və qarşıdan duran vəzifələr müzakirə olunub.

Seninar-müşavirəni giriş sözü ilə açan Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edən Mərkəzin bəddi rəhbəri Sakit Müslümov dərnəklərin daha da təkmiləşdirilməsi ilə əlaqədar təkliflərini qeyd edib. Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti  Taleh Mikayılov "Şuşa ili" çərçivəsində keçirilən tədbirlərlə əlaqədar müvafiq metodiki tövsiyələri iştirakçıların diqqətinə çatdırıb.

Yekunda Mahmudavar Folklor evinin direktoru Natavan Əliyeva Şuşa səfəri ilə bağlı təssüratlarını iştirakçılarla bölüşüb.