Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”2022-ci il Şuşa ili”

23.05.2022

Mayın 23-də Cəlilabad rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Şuşa ili"nə həsr olunmuş "2022-ci il Şuşa ili" adlı tədbir keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova, şəhid anaları, qazilər, idarə və müəssisə rəhbərləri iştirak edib.

Əvvəlcə Cəlilabad rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının milli mənəvi düşüncəsində Şuşanın xüsusi yeri var. Həmçinin natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin "Şuşa ili" elan edilməsi tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəm daşıdığını vurğulayıb.

Tədbir Cəlilabad rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifalarında konsert proqramı ilə davam edib. Tədbirdə Xurşudbanu Natəvanın şer gecəsindən kompozisiya təqdim edilib.

Xatirə şəkilləri çəkilməklə tədbirə yekun vurulub.

Video