Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa xalqımızın mənəviyyat beşiyidir”

19.05.2022

Mayın 19-da  Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad Rayon Mərkəzi Kitabxana Sitemində Azərbaycan yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı-publisist Meyxoş Abdullah və ADPU Cəlilabad Filialının tarix müəllimi Ələsgər Mirzəzadənin Şuşa səfərinin təəssüratları ilə, əlaqədar "Şuşa xalqımızın mənəviyyat beşiyidir" mövzusunda  tədbir keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndəsi Elnur Atakişiyev,Cəlilabad şəhər 8 saylı məktəbin müəllimi Razi Məmmədov, 7-ci sinif şagirdləri və MKS-in işçiləri iştirak edib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan MKS-in direktoru vəzifəsini müvəqqəti icra edən Qənimət İsrafilova tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi bu doğma şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, əvvəlki gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasına, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə təkan verəcək.

Sonra Meyxoş Abdullah və Ələsgər Mirzəzadə  Şuşa səfəri barəsində xoş təəssüratlarını iştirakçılarla bölüşüb. Tədbirdə Cəlilabad şəhər 8 saylı məktəbin 7-ci sinif şagirdi Tapdıqova Xədicə “Vətən” şerini səsləndirib. Yekunda xatirə şəkilləri çəkilib.