Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində ”Açıq qapı” günləri

21.05.2022

Mayın 17-21-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində  18 may “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar “Açıq qapı” günləri keçirilib.

“Açıq qapı” günlərində Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə bir qrup gənc könüllülər , kollec tələbələri, yerli və xarici turistlər muzeyə ekskursiya ediblər.

Bayram günləri ərəfəsində muzeyin qonağı olan ekskursiyaçılara muzeyin əməkdaşları tərəfindən 18 may “ Byenəlxalq Muzeylər Günü”nün yaranma tarixi,  bölgəmizin tarixi, mədəni dəyərləri, qəhrəmanları, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin mədəniyyət paytaxtımız olan Şuşa şəhəri barədə ətraflı məlumatlar verilib.