Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Türk Dünyasının Şairi”

20.05.2022

Mayın 20-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili, "Şöhrət" ordenli xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 76 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə mədəniyyət işçiləri, rayon ziyalıları, Yardımlı rayon Peşə məktəbinin və M.F.Axundov adına tam orta məktəbin şagirdləri  iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda  canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan MKS-in direktoru Rahim Səfərov iştiraqkçıları salamlayıb və şairi doğum günü münasibətilə təbrik edib. Sonra Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev Sabir Rüstəmxanlının həyatı, zəngin yaradıcılığı mövzusunda geniş məruzə edib. Tədbirdə çıxış edən MKS-in şöbə müdiri Gnüdüz Manafov, yeni yazarlardan Əlisəfa Əhmədoğlu, İqbal Nəhmət, Fikrət Şahbazlı, Peşə məktəbinin dierektoru Qabil Ağayev, Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi İlqar Həsənov ədibin ömür yolu, bədii və elmi yaradıcılığı haqqında fikirlərini bölüşüb, şerlərindən parçalar səsləndiriblər.
 
Yekunda “Sabir Rüstəmxanlı-76” başlıqlı sərgiyə baxış keçirilib, xatirə şəkilləri çəkilib.