Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhdilər abidə kompleksi”nin açılış mərasimi

19.05.2022

Mayın 19-da Yardımlı rayon Ostair kəndində Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi İlqar Həsənovun təşəbbüsü ilə inşa olunan birinci və ikinci Qarbağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər abidə kompleksi”nin açılış mərasimi keçirilib.

Tədbirdə Yardımlı rayon İcra hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zakir İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, muzeyin əməkdaşları, şəhid və qazi ailələri, rayon ziyalıları iştirak edib.

Əvvəlcə Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Tədbirdə rəhbər işçilər, şəhid valideynləri çıxış edib. Çıxışlarda şəhidlərin keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib, məktəblilərin ifasında şerlər səsləndirilib.

Yekunda şəhid ailələrinə “Diplomlar” təqdim olunub, xatirə şəkilləri çəkilib.