Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad kənd klubunda viktorina təşkil edilib

21.05.2022

May ayının 21-də Cəlilabad rayon Sabirabad kənd klubunda "Şuşa İli"nə həsr olunmuş viktorina təşkil edilib. Viktorinada Nizami Məmmədov adına Sabirabad kənd 1 saylı tam orta məktəbinin şagirdləri iştirak edib. 

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova tədbir iştirakçılarını salamlayaraq viktorinada iştirak edən komandaları oyunun şərtləri ilə tanış edib. Qələbə uğrunda mübarizə aparan iki - "Qarabağ" və "Şuşa" komandalarının üzvləri Şuşanın tarixi, mədəniyyəti, həmçinin şəhərdə doğulan tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığını əhatə edən sualları cavablandırıblar. 

4 turdan ibarət olmuş viktorinanın qalibi sualları düzgün cavablandıran "Qarabağ" komandası olub. Qalib komandaya Sabirabad kənd klubunun rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib.