Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İntellektual bilik yarışı

19.05.2022

Mayın 19-da Masallı Tarix -Diyarşünaslıq Muzeyində 18 may “Beynəlxalq Muzeylər Günün”ə həsr olunmuş məktəblilər arasında intellektual bilik yarışı keçirilib. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda hər birində 5 şagird olmaqla 9 məktəbin (Masallı şəhər 2, İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı, Ərkivan qəsəbə 1, 2 saylı, Həsənli, Cavanşir Qasımov adına Banbaşı, Yeddioymaq 1 saylı, Elşad Ağayev adına Hişkədərə, Mahmudavar, Bədəlan kənd tam orta məktəbləri) X sinif şagirdləri mübarizə aparıb. Üç turdan ibarət olan yarışın qaydaları barədə məktəblilərə məlumat verildikdən sonra mübarizəyə start verilib.

Yarışda suallar Azərbaycanın tarixi, bölgəmizin mədəniyyəti, dünya və Azərbaycan muzeyləri ilə bağlı mövzuları əhatə edib. Hər turda 10 suala 10 dəqiqə vaxt verilməklə komandaların yazılı şəkildə təqdim etdikləri cavablar münsiflər heyəti ( Masallı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Həbib Ağayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Təhsil sektorunun metodisti Vəli Ağayev) tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbi birinci, Mahmudavar kənd tam orta məktəbi ikinci, Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbi üçüncü yerə layiq görülüb və “Fəxri Fərman”la təltif ediliblər. Həmçinin digər altı məktəbin şagirdlərinə tədbirdə iştirak ediklərinə görə Təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Tədbirə xatirə fotoları çəkilməklə yekun vurulub.