Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda 18 may ”Beynəlxalq Müzeylər Günü” münasibətilə tədbir təşkil edilib

18.05.2022

Mayın 18-də Cəlilabad Tarix - Diyarşünaslıq Muzeyində 18 may "Beynəlxalq Muzeylər Günü" münasibətilə muzeyin işçilərinin, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının və bir sıra idarə-müəssisə rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə ilk olaraq Muzeyin direktor vəzifəsini icra edən Çimnaz Qasımova 18 may "Beynəlxalq Muzeylər Günü" barədə iştirakçılara ətraflı məlumat verərək bildirib ki, 1977-ci ildən hər il may ayının 18-də dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə bu bayramı qeyd edir.

Sonra digər iştirakçıların çıxışları dinlənilib və xatirə fotosu çəkilərək tədbirə yekun vurulub.