Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniyaya yox deyək”

17.05.2022

Mayın 17-də Yardımlı rayon Mədəniyyət Mərkəzi Bürzünbül kənd klubunun təşkilatçılığı ilə Bürzünbül kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə  Bürzünbül kənd  klub müdiri Ağazadə Mamedov, Bürzünbül kənd orta məktəbinin şagirdləri, Yardımlı rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Zülfüqar Orucov və Yetkinlik Yaşına Çatmayanların profilaktiki işin təşkili qrupunun inspektoru Tural Quliyev iştirak edib. 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmmədzadə Mamedov açıb. Mövzu ilə bağlı fikirlərini bildirib. Sonra rəis müavini Züfüqar Orucov şagirdlərə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məruzə edib. 

Yekunda şagirdləri maraqlandıran suallar cavablandırlıb.