Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muzeylər tariximizdir”

18.05.2022

Mayın 18-də Yardımlı Tarix-Diyarşünaslıq muzeyində "18 May Beynəlxalq Muzeylər Günü"nə həsr olunmuş “Muzeylər tariximizdir” adlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə Yardımlı Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əli İsgəndərli açaraq muzeyin uğurlu fəaliyyətindən danışıb. Tədbridə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev əvvəlcə bu əlamətdar gün münasibəti ilə muzey işçilərini təbrik edib, sonra muzeylərin vacib əhəmiyyətindən danışaraq ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısını iştirakçıların diqqətinə çatdırıb.

Yekunda Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərli “Fəxri Fərman”la təltif edilib və xatirə fotoları çəkilib.