Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qarşılıqlı əməkdaşlıq

18.05.2022

Masallı Regional Mədəniyyət İdarəsi ilə Biləsuvar Regional Mədəniyyət İdarəsinin qarşılıqlı əməkdaşlığı çərçivəsində mayın 18 də Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi Cəlilabad rayon Uşaq İncəsənət məktəbində konsert proqramı ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon Uşaq İncəsənət Məktəbinin direktoru Azər Əhədzadə qonaqları salamlayıb və gələcəkdə bu əməkdaşlıq tədbirlərinin ölkəmizin digər bölgələrində, o cümlədən Qarabağda həyata keçirilməsini arzulayıb.

Konsert proqramında xor və rəqs kollektivlərinin çıxışları, həmçinin solo ifalar alqışla qarşılanıb.