Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri ekskursiyada iştirak edib

18.05.2022

“18 May - Beynəlxalq Muzeylər Günü” münasibəti ilə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Lənkəran şəhərində yerləşən mədəniyyət müəssisələrində ekskursiyalarda iştirak ediblər.

Ekskursiya çərçivəsində Lənkəran şəhəri ərazisindəki Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general-mayor Həzi Aslanovun Ev-Muzeyi ziyarət edilib.

Qeyd edək ki, “18 May - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təcrübə səfərinin məqsədi bölgədə fəaliyyət göstərən muzey müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, habelə muzey işi sahəsində təcrübələrin öyrənilməsidir.