Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin varisi”

18.05.2022

Mayın 18-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Muzeylər Günü” nə həsr olunmuş “Tarixin varisi” adlı tədbir keçirilib.

 Tədbirdə Mərkəzin kollektivi, İ.N.Sadıqov adına Yardımlı rayon Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

 Tədbirdə Mərkəzin əməkdaşları Aqil Ağayev, Zeynəb Məmmədzadə çıxış edərək “Beynəlxalq Muzeylər Günü”nün yaranma tarixi, o cümlədən Yardımlı rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti və iş prinsipi barədə geniş məlumat verib, tariximizin varisi olan Muzeylərimizə göstərilən dövlət qayğısını diqqətə çatdırıblar.
 
Tədbirdə çıxış edən Köryədi kənd ümumi orta məktəbinin direktoru Sakit Əlioğlu əlamətdar gün münasibətilə Mərkəzin əməkdaşlarını təbrik edib və təşklatçılara minnətdarlığını bildirib.

 Tədbirdə həmçinin Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin könüllüsü, İ.N.Sadıqov adına Yardımlı rayon Köryədi kənd ümumi orta məktəbinin şagirdi Kəmalə İbişlinin rəsm ərəslərindən ibarət sərgiyə də baxış keçirilib.
 
Sonra Mərkəzdə təşkil olunan sərgilərdə fəal iştirakına görə Kəmalə İbişli “Fəxri Fərman”la təltif olunub.

Xatirə fotoları çəkilməklə tədbirə yekun vurulub.