Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İlham Bulağı”nın açılış mərasimi

17.05.2022

Mayın 17-də Yardımlı rayonunda birinci Qarabağ müharibəsi şəhidi Rəciyev İlham Cavadxan oğlunun adına tikilən “İlham Bulağı”nın açılış mərasimi keçirilib.

   Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Yardımlı rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Yardımlı Mədəniyyət Mərkəzi Hamarkənd kənd Folklor kulubu, Yardımlı rayon Hamarkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi iştirak edib.

    Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səslənidirlib.

    Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Yardımlı rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, həmçinin şəhid valideynləri çıxış edib.
   
    Çıxışlarda şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib və şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs olunub. 

    Sonda xatirə şəkilləri çəkilib.