Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əvəzolunmaz insan”

17.05.2022

Mayın 17-də  Masallı rayon Mərkəzi Kitabxanasında Masallının ilk tibb elmləri doktoru, professor Əvəz Cəbiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar " Əvəzolunmaz insan" adlı tədbir keçirilib. 

Tədbirdə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov Əvəz Cəbiyevin görkəmli alim və ziyalı kimi gənc həkimlərin yetişməsindəki müstəsna rolundan bəhs edib.

Sonra kitabxananın əməkdaşı Bilqeys Məmmədova Əvəz Cəbiyevin həyat yolu və tibb sahəsində fəaliyyəti barədə məruzə edib.