Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ədəbi aləmdə sevilən sənətkar” mövzusunda dəyirmi masa

14.05.2022

Mayın 14-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında görkəmli yazıçı, ədəbiyyatşünas alim, ictimai xadim, tarixi romanlar müəllifi Əzizə Cəfərzadəyə həsr olunmuş "Ədəbi aləmdə sevilən sənətkar" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ədibin oğlu, texnika elmləri üzrə fəlsəfə doktoru Turan İbrahimov, texnika elmləri üzrə fəlsəfə doktoru Vidadi Məmiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-ssenarist Hafiz Ataxanlı və oxucular iştirak ediblər.

İlk olaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Yardımlı rayon MKS-nin direktoru Rahim Səfərov açaraq qonaqları salamlayıb, böyük pedaqoq və xalq yazıçısı haqqında öz xatirələrini bölüşüb.

Sonra çıxış edən digər natiqlər ədibin zəngin ədəbi irsi haqqında fikirlərini bölüşüblər. Qeyd edilib ki, Ə.Cəfərzadə vətən eşqi ilə yazan yazıçılardan olub. Əzizə xanımın, istər tarixi, istərsə də digər mövzularda qələmə aldığı yazılarında xalqı, xüsusilə gəncləri adət-ənənələrimizə hörmət etməyə, keçmiş tariximizi öyrənməyə, vətəni, torpağı sevməyə dair çağırışları öz əksini tapıb. 

Daha sonra yazıçının oğlu Turan İbrahimov tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə iştirakçılara təşəkkürünü bildirib. O, özü ilə gətirdiyi kitabların hər biri haqqında məlumat verib və 25 nüsxə kitabı kitabxanaya hədiyyə edib.
Sonda xatirə şəkilləri çəkilib.