Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xoşbəxt ailə, xoşbəxt cəmiyyət deməkdir”

14.05.2022

Mayın 14-də Cəlilabad rayon Sabirabad kənd klubunda 15 may - Beynəlxalq Ailə Günü ilə əlaqədar "Xoşbəxt ailə, xoşbəxt cəmiyyət deməkdir" mövzusunda tədbir keçirilib.

Tədbirdə Sabirabad kənd klubunun və kitabxana filialının əməkdaşları, Sabirabad kənd tibb məntəqəsinin işçiləri, həmçinin Nizami Məmmədov adına Sabirabad kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunan 15 may - Beynəlxalq Ailə Günü haqqında tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, 2008-ci ildən ənənəvi olaraq bu günün Azərbaycan Respublikasında qeyd olunması əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin əyani sübutudur.

Sonra kənd kitabxana filialının əməkdaşı Heyran Abbasova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Milli - mənəvi dəyərlərin qorunub saxlanmasına göstərdikləri diqqət və qayğıdan danışıb.

Tədbirə iştirakçıları maraqlandıran sualları cavablandırmaqla yekun vurulub.