Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həmkarlar komitəsində növbəti xidməti toplantı keçirilib

11.05.2022

Mayın 11-də Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsində üzvlərin iştirakı ilə növbəti xidməti toplantı keçirilib. 
 
Toplantıda komitənin fəaliyyət istiqamətləri üzrə bir sıra vacib məsələlər müzakirəyə çıxarılıb. 
 
Komitə sədri Vəkil İsmailovun sədrliyi ilə keçən görüşdə yaxın gələcəkdə şəhid və aztəminatlı ailələrə göstəriləcək sosial dəstək tədbirləri ilə bağlı təkliflər müzakirə edilib. Toplantıda həmçinin, gündəlik fəaliyyətlər və perspektiv planlar ətrafında fikir mübadilələri də aparılıb, həmkar üzvlərə müvafiq tapşırıq və tövsiyələr verilib.