Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muzeylər tarixin yaddaşıdır

12.05.2022

Mayın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Muzeylər Günü ilə əlaqədar tədbir keçirilib. 

Çıxış edən Gülər Piriyeva bildirib ki, hər il mayın 18-də dünya ölkələrində Beynəlxalq Muzeylər günü qeyd edilir. Bu əlamətdar gün Beynəlxalq Muzeylər Şurası tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuşdur. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Həbibə Hüseynova qeyd edib ki, tarixi-mədəni irsin saxlanc yeri olan muzeylər vasitəsilə maddi və mədəni abidələr, eksponatlar etibarlı şəkildə qorunur və gələcək nəsillərə çatdırılır. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində ölkə muzeylərinin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, beynəlxalq əməkdaşlıq sahəsində yeni uğurlar əldə edilib.