Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bənzərsiz səs sahibi - Bülbül”

12.05.2022

Mayın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa İli” ilə əlaqədar   Azərbaycanın xalq artisti, dahi sənətkar Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan tədbir keçirilib. 

Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov opera sənətimizin görkəmli nümayəndəsi Bülbülün həyat və sənət yolu haqqında ətraflı məlumat verib. O, bildirib ki, tanınmış sənətkar Bülbül 1897-ci ildə Şuşa şəhərində anadan olub. Gözəl və məlahətli səsi olduğu üçün ona “Bülbül” təxəllüsü verilib.  Azərbaycan musiqisini – muğamları öyrənən, tanınmış Şuşa xanəndələri ilə ünsiyyətdə olan gənc sənətkar çox keçmədən Zaqafqaziya və Orta Asiyada məşhur olur. Kitabxananın əməkdaşı Arzu Hüseynova böyük sənətkarın  məhsuldar yaradıcılığı və ifaçılıq xüsusiyyətləri haqqında fikirlərini bildirib 

Sonra kitabxananın əməkdaşı Rəşad İsmayılov mövzu ilə bağlı geniş məruzə edib. O, diqqətə çatdırıb ki, gənc müğənni 1920-ci ildə Ü.Hacıbəyovun "Əsli və Kərəm" muğam operasında Kərəm rolunu ifa etmək üçün Bakıya dəvət olunub. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında vokal sinfində təhsil alan Bülbül sonradan İtaliyanın məşhur Milan teatrında musiqi təhsilini təkmilləşdirib. O, 1933-cü ildə vokalçıların ilk Ümumittifaq müsabiqəsində iştirak edir və müsabiqənin laureatı olur. Müğənni Bülbülün artistlik istedadına və ifaçılıq məharətinə istinadən Azərbaycanda ilk klassik operalar – R.Qliyerin "Şahsənəm"i, M.Maqomayevin "Nərgiz"i yaranır. Sənətkarın peşəkarlığını və talantını yüksək qiymətləndirən ölməz bəstəkar Ü.Hacıbəyov məhz onun səsi və ifası üçün "Koroğlu" epik-qəhrəmanlıq operasını yazıb. 1938-ci ildə Moskvada Dövlət Akademik Böyük Teatrın səhnəsində Ü.Hacıbəyovun "Koroğlu" operası tamaşaya qoyuldu. Azərbaycan opera sənətinin böyük xadimi özünün yüksək sənətkarlığı, gözəl və güclü səsi ilə əfsanəvi xalq qəhrəmanının ariyalarını ifa edib. O, mühüm musiqi fəaliyyətinə görə 1938-ci ildə SSRİ xalq artisti adına, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur layiq görülmüşdür.