Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev - Tarix yaradan insan” adlı dəyirmi masa

07.05.2022

Mayın 7-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında  Peşə məktəbinin müəllim və şagirdləri, digər oxucularla birlikdə ”Heydər Əliyev - Tarix yaradan insan” mövzusunda dəyirmi masa keçirilib. 

Öncə Ulu öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra tədbiri giriş sözü ilə açan Kitabxananın şöbə müdiri Vahid Kərimov bildirib ki, Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, genişləndirən faktlar isə yetərincədir. 

Kitabxananın şöbə müdiri Gündüz Manafov bildirib: ”Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz  fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Peşə məktəbinin direktoru Qabil Ağayev öz çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyev, istər sovetlər birliyi zamanı istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bir lider, siyasi xadim kimi hər zaman Azərbaycan dövlətinin ictimai-siyasi həyatının, iqtisadiyyatının inkişafına böyük önəm verib. Sonda ”Dahi Şəxsiyyət” başlıqlı sərgiyə baxış keçirilib və xatirə şəkilləri çəkilib.