Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Privolnoye kəndində ”Onun ömür yolu” adlı tədbir keçirilib

10.05.2022

Mayın 10-da Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət Evi və Kitabxana filialı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Onun ömür yolu" adlı tədbir keçirilib. Tədbirdə adıçəkilən kənd məktəbin şagirdləri iştirak ediblər.

Mədəniyyət evinin əməkdaşı Musayeva Təranə çıxışında qeyd edib: "Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır".

Sonra kitabxanaçı Məmmədova Şəfəq bildirib: "Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və aşılanması baxımından olduqca böyük əhəmiyyət kəsb etmişdir".