Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ümummilli lider Heydər Əliyevə həsr olunmuş konsert keçirilib

10.05.2022

Mayın 10-da Cəlilabad şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert keçirilib. Cəlilabad Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanmış musiqi tədbiri Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təqdim edilib. Konsertdə rəsmilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə, Vətən uğrunda həyatından keçmiş şəhidlərin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik ehtiramla yad edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ümummilli liderin həyatı və fəaliyyəti barədə geniş söz açıb. Ulu öndərin xalqı qarşısındakı tarixi xidmətlərini xatırlayan R. Cəlilov, böyük şəxsiyyətin özünəməxsus siyasi fəhm və bacarıqla dövlət maraqlarını qoruduğunu, xilaskarlıq missiyasını icra etdiyini deyib.

Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş konsert proqramına başlanılıb. Proqramda respublikanın Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artistlər Yusif Mustafayev və Səidə Şərifəliyeva, Nəzakət Veysəlova, Miriş Hüseynov, Nazim Ağayev, Humay Rzayeva və başqaları bayram ovqatlı musiqilər ifa ediblər. Tədbirdə həmçinin, “Halay” folklor Xalq ansamblı və “Masallı” rəqs qrupu milli rəqslərlə çıxış ediblər.

Konsert proqramı zalda əyləşən tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.