Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev-99

10.05.2022

Mayın 10-da Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Masallı şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, xalqımız qarşısında göstərdiyi misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.