Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Unudulmaz şəxsiyyət”

10.05.2022

Mayın 10-da Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı Yardımlı rayon Heydər Əliyev Mərkəzində " Unudulmaz şəxsiyyət " adlı dəyirmi masa təşkil olunub. 

Tədbirdə rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yardımlı rayon Təşkilatının, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət və Təhsil şöbələrinin nümayəndələri, həmçinin digər rəsmilər iştirak edib. 

İlk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub. Sonra tədbirdə çıxış edən natiqlər görkəmli dövlət xadiminin zəngin dövlətçilik irsindən, xalqımıza miras qoyduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan və əsrlərə bərabər illər yaşayaraq daima xalqı üçün mükəmməl işlərə imza atan dahi insanın Azərbaycançılıq ideologiyasından bəhs ediblər. Sonda xatirə şəkilləri çəkilib.