Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

10.05.2022

Mayın 10-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin, o cümlədən digər qurum və təşkilatların nümayəndələrinin iştirakı ilə dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. 

Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri ilk olaraq  Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə Ulu öndərin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlar barədə tədbir iştirakçılarına məlumat verib.