Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli dövlətçiliyin memarı - ümummilli lider Heydər Əliyev!

10.05.2022

Mayın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın çətin vaxtlarında xalqın təkidli tələbi ilə yenidən dövlət başçısı missiyasını öz üzərinə götürərək ölkəsini ağır durumdan xilas etdi. O, qeyd edib ki, Heydər Əliyev qısa zaman ərzində milli dövlətçiliyi möhkəmləndirdi, iqtisadi böhran və sosial gərginliyi aradan qaldırdı. 
   
Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Nahidə Fərəcova Heydər Əliyevin zəngin və mənalı həyat yolu, siyasi karyerası, dövlətçilik və xalqın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. 

Sonra tədbir iştirakçıları Heydər Əliyev parkında ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər, ictimai-siyasi fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.