Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda rayon ictimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

10.05.2022

Mayın 10-da Masallıda rəsmilər və rayon ictimaiyyəti Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı ulu öndərin abidəsini ziyarət edib.

Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Masallı şəhərinin mərkəzi parkının ərazisinə gələrək, ulu öndərin burada ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər çiçək dəstələri düzüb, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzində ümummilli liderə həsr olunmuş yaradıcılıq sərgisinə baxış keçirilib.