Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Komanlı kənd kitabxana filialında kitab sərgisi

06.05.2022

Mayın 6-da Cəlilabad rayon Komanlı kənd kitabxana filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə adıçəkilən kənd məktəbinin müəllimləri, şagirdləri və inzibati ərazi nümayəndəsinin əməkdaşları iştirak ediblər. 

Sərgidə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadı, elmi, mədəni həyatındakı hadisələri əks etdirən kitablar və digər nəşrlər yer alıb.