Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xilaskar ömrü”

08.05.2022

Mayın 8-də Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət Evi və Moranlı kənd klubunda 10 May - ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar "Xilaskar ömrü" adlı tədbirlər təşkil olunub. 

Tədbirlərdə Mədəniyyət müəssisələrinin kollektivi və kənd tam orta məktəb şagirdləri iştirak ediblər. 

Çıxışlarda ulu öndər Heydər Əliyevin həyatı barədə tədbir iştirakçılarına məlumat verilərək bildirilib: "10 may müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin doğum günüdür. Ulu öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır. Xalqımız bundan sonra da bu dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsi qəlblərimizdə hər zaman yaşayacaq".