Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Görkəmli şair Əhməd Cavada həsr olunmuş tədbir keçirilib

05.05.2022

Mayın 5-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib.

Kitabxananın böyük metodisti Müşahidə Nərimanova gənc oxuculara Əhməd Cavadın həyat və yaradıcılıqı barədə məlumat verərək bildirib: "Əhməd Cavadın yaradıcılığında 1918–1920-ci illər milli özünüdərkin yüksək mərhələsidir. Vətənin azadlığı, müstəqilliyi, üçrəngli ay-ulduzlu bayraq, səkkiz guşəli gerbin milli rəmz kimi mənalandırılması onun ideallarının ifadəsi idi. "Azərbaycan bayrağı" adlı şeirində bu ideya özünün dolğun ifadə edir və Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər", "İngilis", "Bismillah", "Röyasını görmüşdüm", "Qalx", "Şəhidlərə", "Bən kiməm", "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş", "Türk ordusuna" adlı şeirlər məhz həmin dövrün məhsuludur".

Sonra gənc oxucular mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.

Tədbirin sonunda iştirakçılar sözləri Əhməd Cavad tərəfindən yazılmış Azərbaycan Respublikasının Dövlət himnini səsləndiriblər.