Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbə-77” mövzusunda dəyirmi masa

05.05.2022

05 may 2022-ci il tarixdə Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında alman faşizmi üzərində qələbənin 77-ci ildönümünə həsr olunmuş "Qələbə-77" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada M.F.Axundov  adına şəhər 1 saylı  tam orta məktəbin şagirdləri və digər oxucular iştirak ediblər. Tədbir Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimiz və Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktoru Rahim Səfərov Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki rolu haqqında ətraflı məlumat verib. 
Tədbirdə çıxış edən Mərkəzi Kitabxananın Oxu zalının müdiri Şahbaz İsmayılov Ulu öndər Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranları haqqında söylədiyi fikirlərdən sitatlar gətirməklə cənab Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi veteranları və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan danışıb. 
  Yekunda tədbir iştirakçıları Böyük Vətən müharibəsi iştirakçılarına həsr olunmuş albomla tanış olubar və "9 May-Qələbə Günü” sərgisinə baxış keçiriblər