Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Şuşa sən azadsan ! ”

04.05.2022

04 may 2022-ci il tarixdə Cəlilabad rayon Günəşli kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən cari ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar Günəşli kənd 1 saylı tam orta məktəbində “ Şuşa sən azadsan ! ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Cəlilabad rayon Günəşli kənd Mədəniyyət evinin kollektivi və Günəşli kənd 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda işğal olunan qədim tarixi torpaqlarımızda yaşayış yerlərinə, insan məskənlərinə, eləcə də milli mədəniyyət abidələrimizə qarşı törədilən erməni vandallığı xüsusi vurğulanaraq,  bu vəhşiliklərin "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası, "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyası,"Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, həmçinin UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil etməsi qeyd edilib.
Yekunda çıxış edən Mədəniyyət Evinin dierktoru Saniyə Novruzova bildirdi ki, Şuşa zəfərindən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhərdə quruculuq işlərinin sürətlə aparılması, tarix və mədəniyyət abidələrinin bərpası, o cümlədən Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin mötəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsi onu göstərir ki, Şuşa əvvəlki mədəni həyatına qovuşmaq yolundadır.