Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində müxtəlif mövzularda ekskursiyalar təşkil edilib

06.05.2022

4, 5, 6 may tarixlərində Masallı Tarix-Diyarşünaslıq Muzeyində şagirdlər üçün müxtəlif mövzularda ekskursiyalar təşkil edilib. 

Yuxarıda qeyd edilən tarixlərdə Muzeyə ekskursiya edən Qəriblər, Şərəfə, Masallı şəhər 2, 3, 4 saylı tam orta məktəbin şagirdlərinə muzeyin bələdçi Anar İmanov bölgənin tarixi, mədəni dəyərləri, qəhrəmanları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyəti, Azərbaycan siyasətindəki rolu, “Şuşa İli” ilə bağlı olaraq, Şuşa şəhəri və onun Azərbaycan mədəniyyətindəki yeri barədə geniş məlumatlar verib.

Eyni zamanda, muzeyin elmi işçisi Dilgüşə Məmmədova öz növbəsində yeniyetmələri maarifləndirmək məqsədiylə həssas mövzular ətrafında, pis, zərərli vərdişlərdən uzaq olmaq, təhsil almağ və elmi biliklərə yiyələnməklə bağlı geniş söhbətlər edərək, tövsiyələr vermişdir.