Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü təntənəli şəkildə keçirildi

01.06.2018

1 iyun 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Masallı Rayon İcra Hakimiyyəti, Masallı Regional Mədəniyyət İidarəsi, Masallı Mədəniyyət Mərkəzi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumrayon konsert proqramı təşkil edilmişdir. Tədbir başlamazdan qabaq parkda ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyuldu. Konsert proqramında Masallı şəhər Heydər Əliyev Mərkəzinin oğlanlardan ibarət “Masallı” rəqs qrupu, rayon məktəblərinin fəal uşaqları və Uşaq  İncəsənət Məktəbinin özfəaliyyət kollektivlərinin müxtəlif musiqi nömrələri, şerlər və rəqsləri təqdim eilmişdir.