Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”9 May Faşizm Üzərində Qələbə Günüdür”

06.05.2022

May ayının 6-da Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət Evində "9 May Faşizim Üzərində Qələbə Günü" ilə əlaqədar tədbir  keçirilib. Tədbirdə sözügedən Mədəniyyət Evinin əməkdaşları və Şabanlı kənd şəhid Salman Abbasov adına tam orta məktəbin kollektivi iştirak ediblər.

Öncə İkinci Dünya Müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda İkinci Dünya Müharibəsi haqqında dinləyicilərə ətraflı məlumat verilərək bildirilib: "Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya Müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Azərbaycan faşizim üzərində tarixi qələbəyə sanballı töhfələr verib. Bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə  600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı "Sovet İttifaqı Qəhramanı" adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. İkinci Dünya Müharibəsindən qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb".

Çıxışların sonunda Faşizim Üzərində Qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur deyə vurğulanıb.