Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müasir Azərbaycanın qurucusu – Heydər Əliyev”

06.05.2022

06 may 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş “Müasir Azərbaycanın qurucusu – Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Masallı rayon Mərkəzi Kitabxanasının direktoru Əlhəddin Nəzərov Ulu öndər Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan Respublikasının dünya məkanında öz layiqli yerini tutmasından danışdı. 
Tədbirdə çıxış edən Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşı Ağahüseyn Hüseyni Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etdi.
Tədbirdə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam və Əmirtürbə kənd ümumi orta məktəblərinin şagirdləri, həmçinin Masallı şəhər 3 saylı körpələr evi uşaq bağçasının balaca fiadnları tərəfindən Ulu öndər Heydər Əliyevə həsr olunmuş seirlər səsləndirildi, rəqslər ifa olundu.
Sonra Masallı şəhər 3 saylı körpələr evi uşaq bağçasının müsiqi rəhbəri Humay Rzayeva “Xudayar təsnifi”ni, Şərəfə kənd tam orta məktəbinin şagirdi Təhməz Məmmdov  isə “Azərbaycan oğluyam” mahnısını ifa etdi.
Yekunda fərqlənən bir qrup şəxslər Fəxri Fərmanlarla təltif olundu.