Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil edilib

06.05.2022

Mayın 6-da İ. Nağıyev adına Boradigah tam orta məktəbinin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekuskursiyası təşkil edilib. 

Mərkəzin bələdçisi tərəfindən şagirdlərə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat və fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Ekskursiyadan sonra şagirdlər Mərkəzin ekspozisiya zalında ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib, çıxışlar ediblər.

Daha sonra isə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolunu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işləri, onun siyasi fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş etdirilib.