Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Mədəniyyət Mərkəzində növbəti seminar müşavirə keçirilib

04.05.2022

Mayın 4-də Yardımlı rayon Mədəniyyət Mərkəzində Mədəniyyət işçilərinin növbəti seminar müşavirəsi keçirilib. Seminarda Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev və rayon Mədəniyyət müəssisələrinin kollektivi iştirak edib. İlk olaraq Ayaz Əliyev iclası açıq elan edərək iştirakçılara görülmüş işlər barədə məlumatlar verib. 

A.Əliyev dövlət proqramının icrasına yönələn tədbirlərin həyata keçirilməsindən, o cümlədən "Şuşa İli" çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli layihələrin icrasından söhbət açıb, görüləcək işlər barədə öz tövsiyyə və tapşırıqlarını səsləndirib. 

Sonra rayon mədəniyyət müəssisələrinin  rəhbərləri çıxış edərək görülmüş işlərdən danışıblar. Sonda Ayaz Əliyev Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyinin elmi işçisi şair-publisist, "Dağ Çiçəyi" ədəbi birliyinin rayon üzrə sədri Əlisəfa Əhmədovu ad günü munasibəti ilə təbrik edib, uzun illər nümunəvi işlərinə görə fəxri fərmanla təltif edildiyini elan edib.