Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix yaradan şəxsiyyət – Əlimərdan bəy Topçubaşov

04.05.2022

Mayın 4-də Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Rasif Dadaşov xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. O, bildirib ki, orta təhsilini aldıqdan sonra tarix-filologiya ixtisasını seçən görkəmli dövlət xadimi sonrakı illərdə hüquq fakültəsində təhsilini davam etdirib və 1896-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olub. 

Sonra məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Nahidə Fərəcova Ə.Topçubaşovun 1898-ci ildən 1917-ci ilin axırlarına kimi “Kaspi” qəzеtinin yaradıcılarından və rеdaktorlarından biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu illərdə qəzetdə onun yüzlərlə məqaləsi dərc edilmişdir. Azərbaycanın bütün dünyada tanınmasında Əlimərdan bəyin xidmətləri əvəzsiz olmuşdur. Bir sıra məsul vəzifələrdə çalışan Ə.Topçubaşov 1918-ci il dеkabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan Parlamеnti fəaliyyətə başlayan zaman onun ilk sədri sеçilmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Çıxışlarda ölkəmizin dünya miqyasında tanıdılmasında Əlimərdan bəy Topçubaşovun əvəzolunmaz xidmətləri vurğulanıb.