Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində məktəblilər üçün ekskursiya təşkil edilib

05.05.2022

Mayın 5-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Şagirdlər ekspozisiya zalında yerləşən eksponatlarla tanış olublar. Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova Ümummilli liderimizin uşaqlıq və gənclik illəri, Dövlət Təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən foto, sənəd və digər eksponatlarla şagirdləri tanış edib.