Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bizi tərk eləmir xatirələrin” ədəbi-bədii kompozisiya

05.05.2022

05 may 2022-ci il tarixdə  Masallı rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Bizi tərk eləmir xatirələrin” adlı ədəbi-bədii kompozosiya təqdim edilib.

Əvvəlcə Masallı Dövlət Rəsm Qalereyasının və Masallı Dövlət Regional Kollecinin birgə təşkil etdiyi sərgiyə baxış keçirildi. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin, eləcədə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs etdi. Natiq çıxışında Zəfər Tarixini vurğulayaraq hələ o vaxtlar Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında söylədiyi sözlərdən sitatlar gətirməklə Heydər Əliyev ideyalarının cənab Prerzident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən söhbət açdı.

Daha sonra Masallı və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı” aktyorlarının, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə yazıçı Zəlimxan Yaqubun “Bizi tərk etmir xatirələrin” ssenarisi əsasında hazırlanmış tamaşa təqdim edildi. Ədəbi-bədii kompozisiyaya Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solisti Atamoğlan Zahidin ifasında “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı və Masallı Dövlət Regional Kollecinin tələblərinin ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərlə yekun vuruldu. 

Sonda Masallı və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı” aktyorları, Masallı Dövlət Regional Kollecinin bir qrup müəllim və tələbələri Şəhidlər anası Ziba Əsgərova tərəfindən hazırlanmış “Cəsur qardaşlar” fəxri fərmanları ilə təltif edildi.